AZERFAX TV

NATO bu ölkədən qismən geri çəkilir

NATO regionda vəziyyətin sabitləşməsi fonunda Kosovodakı KFOR kontingentinin sayını azaltmağa başlayacaq.

AZERFAX.AZ xəbər verir ki, bu barədə qərar alyansın rəsmi saytında yer alıb.

NATO-nun açıqlamasına görə, təşkilat Kosovodakı KFOR mövqeyini optimallaşdırır və kontingentin sayı gələn il ərzində tədricən tənzimlənəcək.

Təşkilat vurğulayıb ki, zərurət yaranarsa, missiyanın çıxarılması dayandırıla bilər və vəziyyətin inkişafından asılı olaraq qoşunların sayı yenidən artırıla bilər.

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qreqori Qrinkeviç alyansın Kosovoda təhlükəsizliyin təmin olunmasına tam sadiq qaldığını izah edib. O, əldə olunan sabitliyin KFOR-un səyləri, eləcə də təhlükəsizliyə cavabdeh olan yerli təşkilatların artan səriştəsi sayəsində mümkün olduğunu qeyd edib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button