AZERFAX TV

“Neftçi”nin legionerini Kipr klubu istəyir

“Neftçi”nin futbolçusu Sessi Almeyda karyerasını yenidən Kiprdə davam etdirməyə yaxındır.

AZERFAX.AZ xəbər verir ki, beninli futbolçunu “Aris”(Limassol) heyətində görmək istəyir.

Kipr klubu onun keçidini bu yay heyətini realladırmaq niyyətindədir. Sessi özü də daha çox oynamaq üçün komandasını dəyişməyə müsbət yanaşır.

30 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Sessi “Paris”, “Barnsli”, “Blekpul”, “Yovil Taun”, “Valensien”, “Tondela”, “Pau” klublarında oynayıb.

Related Articles

Bir cavab yazın

Back to top button