AZERFAX TV

Norveç FIFA prezidentinə qarşı şikayəti dəstəklədi

Norveç Futbol Federasiyası (NFF) FIFA prezidenti Canni İnfantinoya qarşı FIFA-nın Etika Komitəsinə verilən şikayəti dəstəkləyib.

AZERFAX.AZ xəbər verir ki, müraciəti dəstəkləyən NFF prezidenti Liza Klavenesin müvafiq məktubu rəsmi olaraq insan haqları təşkilatı “FairSquare”in müraciətini dəstəkləmək üçün göndərilib.

Şikayət, təşkilat prezidentinin 2026-cı il Dünya Kubokunun püşkatması ilə bağlı tədbirlər zamanı ABŞ Prezidenti Donald Trampa “sülh mükafatı”nı təqdim etməsindən sonra FİFA-nın siyasi neytrallıq prinsipinin mümkün pozulması ilə bağlıdır.

FİFA əvvəllər Norveç Futbol Assosiasiyasının mövqeyini nəzərdən keçirdiyini bildirib və bu cür sorğuların təşkilat daxilində müzakirə edildiyini qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button