AZERFAX TV

Ordusu olmayan ölkə müharibəyə hazırlaşır

İslandiyanın Baş naziri Kristrun Frostadottir ölkəsinin strateji mövqeyi səbəbilə artan təhlükəsizlik riskləri fonunda müdafiə məsələlərinə daha ciddi yanaşır.

AZERFAX.AZ xəbər verir ki, Şimali Atlantikanın mərkəzində yerləşən İslandiyanın daimi ordusu və döyüş təyyarələri yoxdur. Ölkənin müdafiəsi əsasən NATO üzvlüyünə və 1951-ci ildə ABŞ-la imzalanmış müdafiə sazişinə əsaslanır.

İslandiyanın yerləşdiyi Qrenlandiya-İslandiya-Böyük Britaniya (GIUK) xətti NATO üçün strateji əhəmiyyət daşıyır. Bu ərazi Şimali Atlantikdə dəniz yollarına və Rusiyanın Arktikadan Atlantikə çıxışına nəzarət baxımından mühüm hesab olunur.

Son illərdə Rusiyanın Arktika və Şimali Atlantikdə hərbi fəallığının artması İslandiyanın təhlükəsizlik narahatlıqlarını gücləndirib. Reykyavik xüsusilə Rusiya sualtı qayıqlarının fəaliyyəti, kritik infrastruktura və dəniz nəqliyyatına mümkün təhdidlərdən ehtiyat edir.

Hazırda İslandiyada ABŞ və NATO müttəfiqlərinin iştirakı ilə “Northern Viking 2026” hərbi təlimi keçirilir. Avqustun 22-dən sentyabrın 3-dək davam edəcək təlimdə sualtı qayıqlara qarşı mübarizə, mina təmizləmə, axtarış-xilasetmə və böhran vəziyyətlərinə cavab ssenariləri məşq olunur.

NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı Aleksus Qrinkeviç də İslandiyanın strateji mövqeyinin ABŞ və NATO üçün böyük əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Arktikada təhlükəsizlik məsələləri qarşıdakı illərdə daha da önəm qazanacaq.

Frostadottir isə ölkəsinin təhlükəsizlik məsələlərində “sadəlövh” olmamalı olduğunu və dəyişən vəziyyətə uyğun hazırlığını artırmalı olduğunu vurğulayır.

Akqabay

Related Articles

Bir cavab yazın

Back to top button