AZERFAX TV
Orxan Həsənov “Nəqliyyat Təlim Mərkəzi”nin direktoru təyin edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus “Nəqliyyat Təlim Mərkəzi” MMC-yə yeni direktor təyin edilib.
AZERFAX.AZ agentliyə istinadən xəbər verir ki, bu, Orxan Həsənovdur.
O, bu vəzifədə Əyyub Kərimlini əvəz edib.
“Nəqliyyat Təlim Mərkəzi” 2004-cü ildə “Albalılıq Avtoparkı” adı ilə yaradılıb, 2025-ci ildə adı dəyişdirilib. Onun nizamnamə kapitalı 17,2 min manatdır.



