AZERFAX TV

DSX əməliyyat keçirdi – Əfqanıstan vətəndaşları saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə AZERFAX.AZa Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, iyun ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları – 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button