AZERFAX TV

Paşinyan hökumətin istefaya getdiyini açıqladı

Ermənistan hökuməti yeni parlamentin iclasından əvvəl istefa verəcək.

AZERFAX.AZ xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib.

“Bu, 9-cu çağırış Milli Məclisin formalaşması ərəfəsində son görüşümüzdür”, – deyə Ermənistanın Baş naziri bildirib.

Konstitusiyaya görə, kabinet istefa verir və bundan sonra prezident parlament səs çoxluğu ilə irəli sürülən namizədi baş nazir təyin edir.

Ermənistan Milli Assambleyası avqustun 2-də işə başlayır. Yeni hökuməti o formalaşdıracaq.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button