Paşinyandan Moskvaya qaz mesajı: Ermənistan alternativ mənbələrə yönəlir

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin qaz tədarükünü şaxələndirmək niyyətində olduğunu açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Yerevan Today” məlumat yayıb.
Paşinyan bildirib ki, Ermənistanda qazın qiyməti yüksək olaraq qalır. Onun sözlərinə görə, bu səbəbdən Rusiya qazının tarifinin dəyişib-dəyişməyəcəyindən asılı olmayaraq, İrəvan alternativ qaz mənbələri axtarmağa davam edəcək.
“Əgər ikinci mənbədən qaz almaq və ya tədarük həcmini artırmaq imkanı varsa, bu yolla gedəcəyik. Üçüncü və ya dördüncü mənbə mümkün olarsa, həmin yolu da seçəcəyik”, – deyə Paşinyan vurğulayıb.
Hazırda Rusiya Ermənistanın təbii qaz üzrə yeganə tədarükçüsüdür. Ermənistan İrandan da qaz alır, lakin bu tədarük elektrik enerjisi ilə mübadilə sxemi əsasında həyata keçirilir.
Müəllif: Roza



