AZERFAX TV

Pentaqon yaxınlığında faciə: 23 yaralı var

ABŞ-da Pentaqon binasının yaxınlığında iki avtobus toqquşub, hadisə nəticəsində azı 23 nəfər xəsarət alıb.

AZERFAX.AZ “Fox News”a istinadən xəbər verir ki, xəsarət alanlardan 10-u Amerika müdafiə idarəsinin əməkdaşıdır.

18 nəfər xəstəxanaya yerləşdirilib, 5 yaralıya isə hadisə yerində tibbi yardım göstərilib.

Pentaqonu hadisə faktını təsdiqləyib və idarənin yaxınlığında yerləşən nəqliyyat qovşağının, eləcə də metro stansiyasının tamamilə bağlandığını elan edib.

Related Articles

Bir cavab yazın

Back to top button