AZERFAX TV

Pentaqon yaxınlığında “Pizza indeksi” YENƏ ARTDI

Mayın 17-nə olan məlumata görə, Pentaqon ətrafındakı restoranlarda pitsa çatdırılmasına tələbatın kəskin artması qeydə alınır.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Pentagon Pizza Index” (PPI) portalı məlumat yayıb.

“DEFCON 4. Yüksək hazırlıq vəziyyəti. Gücləndirilmiş kəşfiyyat müşahidəsi”, – deyə məlumatda qeyd olunub.

Xüsusilə, pitseriyaların birində tələbatın 250 faiz artdığı fiksə edilib. Daha bir neçə restoranda isə yüz faizlik artım müşahidə olunur.

Daha əvvəl Pentaqon Torontodakı internet mağazasına rəsmi müraciət edərək, Bəhreyndəki Hərbi Dəniz Qüvvələrinin bazasında xidmət edən amerikalı hərbçilərə intim malların çatdırılmasını dayandırmağı xahiş etmişdi.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button