Pezeşkian İrəvandadır

İran prezidenti Məsud Pezeşkian qısamüddətli səfərlə İrəvana gəlib.
AZERFAX.AZ xəbər verir ki, onu Zvartnots hava limanında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.
İran lideri Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflərinin 17-ci Konfransının (COP17) liderlər sammitində iştirak edəcək. Konfransın açılış mərasimi dünən İrəvanda Yerevanda Karen Dəmirçyan adına İdman və Konsert Kompleksində baş tutub.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bir müddət əvvəl bildirib ki, sammit çərçivəsində iştirak edəcək bir neçə ölkənin liderləri ilə danışıqlar və fikir mübadiləsi də planlaşdırılır.
Sammitdə müxtəlif ölkələrdən təxminən 50 liderin iştirakı gözlənilir.
BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransı (CBD COP17) 2026-cı il oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək (hazırlıq tədbirləri və Yaşıl Zona 18 oktyabrda başlayacaq).
Müəllif: Tural



