AZERFAX TV

Putinə sevgi hekayəsini danışdı – Belə tanış olmuşuq

Kareliyadakı gimnaziyanın fizika və riyaziyyat müəllimi Aleksey Bokkin Rusiya Prezidenti Vladimir Putinə gələcək həyat yoldaşı ilə sinif rəhbərləri forumunda tanış olduğunu deyib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Agentlik bildirib ki, siyasətçi avqustun 29-da Moskva Dövlət Pedaqoji Universitetinə gəlib. Orada müəllimlər, tələbələr və pedaqoji siniflərin şagirdləri ilə görüşüb.

Bokkin dövlət başçısına “İlin müəllimi” müsabiqəsində və sinif rəhbərləri forumunda iştirak etdiyini bildirib. O, məhz sonuncu tədbirdə gələcək həyat yoldaşı ilə tanış olub. Onların toy mərasimi 2027-ci il iyulun 8-nə, yəni Ailə, Sevgi və Sədaqət Gününə planlaşdırılıb. Müəllim Rusiya liderini toy mərasiminə dəvət etmək istədiyini bildirib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button