Dünya
Putin və Tramp bu yay görüşə bilər

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında bu yay görüş ehtimalının 50 faiz olduğunu bildirib.
AZERFAX.AZ xəbər verir ki, Peskov bu barədə “RİA Novosti”yə danışıb.
O, mümkün görüşlə bağlı konkret tarix və məkan barədə məlumat verməyib.
Kreml rəsmisi əlavə detalların hələlik açıqlanmadığını qeyd edib.
Xatırladaq ki, Putin və Tramp sonuncu dəfə 15 avqust 2025-ci ildə Alyaskada, Ankoricdəki “Elmendorf-Richardson” aviabazasında görüşüblər. Görüşdə əsas müzakirə mövzularından biri Ukrayna münaqişəsi olub.



