Dünya

Ölkələr rusların Avropaya axınının qarşısını alınmasını tələb edir

On bir Avropa ölkəsi Rusiya vətəndaşları üçün viza qaydalarının sərtləşdirilməsini tələb edir.

AZERFAX.az xəbər verir ki, bunlara Çexiya, Danimarka, Finlandiya, Polşa, İsveç və Norveç və digər ölkələr daxildir. Bu tədbirlərin yay turizm mövsümü başlamazdan əvvəl tətbiq edilməsi planlaşdırılır.

Bu ölkələrin nümayəndələri Avropa Komissiyasına müraciət göndərərək, Aİ-nin Rusiyaya qarşı viza siyasətinə yenidən baxılmasını tələb ediblər.

Narazılıq rusiyalılara verilən Şengen vizalarının sayının artmasından qaynaqlanıb: 2024-cü ildə bu rəqəm 565 min nəfərə qarşı 2025-ci ildə 623 mindən çox olub. Fransa, İtaliya və İspaniya viza verilməsi baxımından lider olub.

Related Articles

Bir cavab yazın

Back to top button