AZERFAX TV
Qarsiya erməniyə 40 min dolları verməyəcək

27 yaşlı amerikalı peşəkar boksçu və WBC versiyasında yarımorta çəkili titulunun sahibi (66,7 kq-a qədər) Rayan Qarsiya rusiyalı Arman Tsarukyana mərcdə uduzduğu 40 min dolları ödəmək niyyətində deyil.
AZERFAX.AZ xəbər verir ki, Qarsiya bu barədə sosial mediada yazıb və daha sonra paylaşımını silib:
“Arman və onun komandası, hər biriniz ilə sadəcə döyüşə bilərik. Sadəcə dava. 40.000 dollar və ya başqa bir şey üçün yox. Sizə heç nə ödəməyəcəyəm. Gəlin sadəcə döyüşək. Əgər sizlərdən biri qalib gəlsə, sizə 100.000 dollar verəcəyəm”.
Amerikalı Axalkalakinin komandasının üzvünün bədəninə yumruq vura bilmədikdən sonra mərci uduzub.



