Qorxulu romanların müəllifi vəfat etdi

“Zəng” və “Spiral” kimi çoxsaylı populyar qorxu romanları ilə tanınan yazıçı Koci Suzuki mayın 8-də 68 yaşında vəfat edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
Telekanalın məlumatında bildirilib ki, o, Tokiodakı xəstəxanalardan birində xəstəlik nəticəsində dünyasını dəyişib.
“Zəng” qorxu romanları seriyası quyudan çıxan ruhun görüntüsü yazılmış videokasetdəki lənətdən bəhs edir. İlk “Zəng” trilogiyasından sonra Suzuki eyni mövzuya həsr olunmuş qısa hekayələr toplusu və iki roman qələmə alıb. “Zəng” dünyası əsasında səkkiz yapon filmi çəkilib, iki teleserial, altı manqa adaptasiyası, filmin üç ingilisdilli remeyki, Koreya remeyki və iki videooyun işıq üzü görüb.
“Zəng” onu Yaponiyanın ən uğurlu yazıçılarından birinə çevirdikdən sonra Suzuki bir daha qorxu romanları yazmayacağına söz vermişdi.
”New York Times“ qəzetinə verdiyi müsahibədə o, bunun əvəzinə ruh qızlar, ölümcül videokasetlər və ya postmodern qorxularla heç bir əlaqəsi olmayan bədii ədəbiyyata diqqət yetirdiyini bildirmişdi.
Yazıçının son kitabı 2025-ci ildə nəşr olunub.
Hüseyn İbadlı



