AZERFAX TV
Qvardiola sənə görə bizi danlayır, deyir ki…

Cek Qriliş Lionel Messini “Mançester Siti”yə necə cəlb etməyə çalışdığı barədə danışıb.
AZERFAX.AZ xəbər verir ki, Qriliş bu barədə İngiltərə mətbuatına bildirib.
“Siti” – PSJ ilə oynayanda onu ilk dəfə meydanda gördüm. Fasilədə ona yaxınlaşıb dedim: “Salam, Messi, Qvardiola səni çox sevir”.
O, güldü. Sonra davam etdim: “Xahiş edirəm, “Siti”də bizim üçün oynayın. Çünki Qvardiola həmişə bizi danlayır və deyir: “Messi bunu etdi, Messi bunu etdi”. Əgər gəlsəniz, o, artıq bizə qəzəblənməyəcək”.
Messi gülümsəyərək cavab verdi: “Dediklərinizi başa düşdüm”. Əl sıxdıq və o, getdi”, – Qriliş deyib.
Müəllif: Tural



