AZERFAX TV

“Real Madrid” Madrid derbisində məğlub oldu

Futbol üzrə İspaniya La Liqası çempionatının 7-ci turunda Madrid derbisi keçirilib.

AZERFAX.AZ xəbər verir ki, vitse-çempion “Real” səfər oyununda 1:2 hesabı ilə “Atletiko”ya məğlub olub.

52-ci dəqiqədə qaydanı pozulduğuna görə “Real”ın ispaniyalı müdafiəçisi Din Hoysen qırmızı vərəqə ilə meydançadan qovulub. 11 metrlik cərimə zərbəsini meydan sahiblərinin ispaniyalı müdafiəçisi Alexandro Grimaldo dəqiq yerinə yetirib. 59-cu dəqiqədə argentinalı Dieqo Simeonenin rəhbərlik etdiyi komandanın üstünlüyünü kanadalı hücumçu Conatan Devid ikiqat artırıb.

89-cu dəqiqədə “Kral klubu”ndan Almaniya millisinin keçmiş müdafiəçisi Antonio Rüdiqer fərqlənib.

“Atletiko” 16 xalla ikinci yerə yüksəlib. Portuqaliyalı Joze Mourinyonun rəhbərlik etdiyi komanda çempionatda ikinci məğlubiyyətini alıb və 15 xalla üçüncü yerdə qərarlaşıb.

İspaniya çempionatı, 7-ci tur

“Atletiko” – “Real” – 2:1

Alexandro Grimaldo, 53 (pen.), Conatan Devid, 59 – Antonio Rüdiqer, 89

Qovulma: Din Hoysen (“Real”), 52

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button