AZERFAX TV

“Real”ın ulduzu DÇ-2026-nı buraxacaq

“Real”ın və Braziliya millisinin müdafiəçisi Eder Militao 2026-cı il dünya çempionatını buraxacaq.

AZERFAX.AZ xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Militao bu gün Finlandiyada əməliyyat olunacaq. Braziliyalı futbolçu yalnız oktyabr ayında meydana qayıdacaq.

Bu, onun cari mövsümdə artıq dördüncü zədəsidir. 2025/2026 mövsümündə o, müxtəlif sağlamlıq problemləri səbəbindən 27 oyunu buraxıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında Braziliya millisi Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button