AZERFAX TV

Reha Muhtar xəstəxanaya yerləşdirildi

Ötən axşam Bodrum şəhərində vəziyyəti pisləşən məşhur türkiyəli teleaparıcı Reha Muhtar xəstəxanaya yerləşdirilib.

AZERFAX.AZ “Haber Global”a istinadən xəbər verir ki, bu barədə onun keçmiş həyat yoldaşı, tanınmış aktrisa Deniz Uğur sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, Reha Muhtara ürək çatışmazlığı diaqnozu qoyulub.

“Çanaqqaladakı yay evimizdə olduğumuz zaman Reha Muhtarın Bodrumda xəstəxanaya yerləşdirildiyi xəbərini aldıq. Uşaqlarımız Mina və Poyrazın atalarının sağlamlıq vəziyyətini diqqətdə saxlamaları və onun yanında olmaları üçün xəstəxanaya gedirik. Xeyirli dualarınızı əsirgəməməyinizi diləyirik”, – deyə Deniz Uğur bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button