AZERFAX TV
Roma Olimpiadaya ev sahibliyi etmək istəyir

Roma meri Roberto Qualtieri İtaliya paytaxtının 2036 və ya 2040-cı illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyə hazırlaşdığını açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, “La Repubblica” qəzeti Qualtierinin sözlərini sitat gətirib:
“İdman tədbirləri iqtisadi artımın və şəhərsalma inkişafının mühərrikidir. Biz məkanlar və stadionlar üçün kiçik layihələr üzərində işləyirik. “Roma”nın stadion layihəsi irəliləyir, eyni zamanda Avro-2032 ərəfəsində “Latsio” layihəsi üzərində də işləyirik.
Bu, 2036 və ya 2040-cı illərdə ev sahibliyi etmək istədiyimiz Olimpiya namizədliyimizi gücləndirir”.
Roma 1960-cı ildə Olimpiya Oyunlarına ev sahibliyi edib.



