Rusiya səmasına 620 PUA qalxdı,180-i vuruldu

Xəbər verdiyimiz kimi, Moskva avqustun 18-nə keçən gecə və səhər saatlarında kütləvi PUA hücumuna məruz qalıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə və radioelektron mübarizə qüvvələri Moskva vilayətinə edilən genişmiqyaslı PUA hücumunun qarşısını alıb.
Rusiya mətbuatındakı məlumatlara görə, region ərazisi üzərinə qalxan 620 PUA-nın 150-dən çoxu məhv edilib.
PUA-lar Boqorodsk, Ramenskoye, Pavlovski Posad, Orexovo-Zuyevo, Voskresensk, Stupino, Kolomna və Elektrostal şəhərləri üzərində vurulub.
Qeyd edək ki, bundan əvvəl – avqustun 15-dən 16-na keçən gecə də Moskva və Moskva vilayətinə PUA hücumu həyata keçirilib. Moskva meri həmin vaxt Ukrayna tərəfindən paytaxta doğru 600-dən çox PUA buraxıldığını, onlardan 201-nin Moskva vilayəti üzərində məhv edildiyini açıqlamışdı.
Adəm



