Şəhid anası böyrəyini qızına bağışladı

Şəhid Elvin Novruzovun anası Gülşən Novruzova əməliyyat olunub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Yeni Klinikanın sosial şəbəkə hesabında paylaşım olunub.
O, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 23 yaşlı qızı Elvira Novruzovaya donor olub:
Bildirilib ki, beşinci dərəcəli xroniki böyrək çatışmazlığı diaqnozu ilə müraciət edən 23 yaşlı qadın xəstə uğurlu böyrək transplantasiyası əməliyyatı nəticəsində sağlamlığına qovuşub. Donor isə pasiyentin 45 yaşlı anası olub.
Qeyd edək ki, Elvin Novruzov Vətən müharibəsi şəhididir. O, Qubadlının azad edilməsi uğrundan gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.



