AZERFAX TV

Səudiyyə Ərəbistanında iki hava limanına hücum: 3 ölü, 36 yaralı

Səudiyyə Ərəbistanının Abha və Kral Xalid adına beynəlxalq hava limanlarına son iki gündə endirilən zərbələr nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, Abha Beynəlxalq Hava Limanına hücum zamanı Mərakeş və Əlcəzair vətəndaşı olan iki qadın həlak olub, 28 nəfər yaralanıb. Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində isə Sudan vətəndaşı ölüb, 8 nəfər xəsarət alıb.

Xəsarət alanlar arasında Səudiyyə Ərəbistanı, Banqladeş, Filippin, Pakistan və Misir vətəndaşları var. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Hücumlar nəticəsində hava limanlarına maddi ziyan dəyib.

Hazırda zərərin miqyası qiymətləndirilir və sərnişinlərin, eləcə də hava limanı əməkdaşlarının təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülür.

Related Articles

Bir cavab yazın

Back to top button