AZERFAX TV

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabah Bakının Nizami rayonu və Sabunçu qəsəbəsinin bəzi küçələrində qaz kəsiləcək.

Bu barədə AZERFAX.AZ-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun R.Rüstəmov, E. Süleymanov, Q. Qarayev, C. Naxçıvanski küçələrinin, Sabunçu qəsəbəsinin isə E. Mehdiyev, İ. Aslanov və M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Related Articles

Bir cavab yazın

Back to top button