AZERFAX TV

“Sabah” və “Neftçi”nin matçları təxirə salındı

Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb.

AZERFAX.AZ xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

I turun oktyabrın 4-də keçirilməsi planlaşdırılan “Naxçıvan” – “Neftçi” qarşılaşması baş tutmayacaq.

Buna səbəb “Neftçi”nin oktyabrın 6-da FIBA Avropa Kubokunun qrup mərhələsində Yunanıstanda “Mikonos”la qarşılaşmasıdır.

Bundan başqa, II turun “Gəncə” – “Sabah ” oyunu da təxirə salınıb.

Qarşılaşmaların yeni keçirilmə tarixləri barədə əlavə məlumat veriləcək.

AZERFAX.AZ

Related Articles

Bir cavab yazın

Back to top button