AZERFAX TV

Şimali Amerika ölkəsi Aİ-yə qoşulmaq istəyir

Kanadanın Baş naziri Mark Karni ABŞ ilə uğursuz ticarət danışıqlarından sonra Şimali Amerika ölkəsini Avropa İttifaqına (Aİ) qoşmağı və Ottavanı birliyin assosiasiyalaşdırılmış üzvü etməyi təklif edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

“Karni məcburi ittifaq təşəbbüsü ilə Kanadanın Avropaya yönəlməsini sürətləndirib. Karni hətta Avropa liderlərinə Kanadaya yeni titul verməyi təklif edib: Avropa İttifaqının assosiasiyalaşdırılmış üzvü”, – deyə məqalədə qeyd olunur.

Bildirilib ki, Karni son aylarda Aİ-nin bütün iri ölkələri, o cümlədən Almaniya, Fransa və İtaliya ilə danışıqlar aparıb. Onların əsas məqsədi Kanadanın Avropa bazarına inteqrasiyası olub. Qəzetin məlumatına görə, Brüssel bu ideyaya açıqdır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button