“Şişir və genişlənir…” – Putindən NATO ilə bağlı xəbərdarlıq

Rusiya Prezidenti Vladimir Putin NATO-nun fəaliyyətini kəskin tənqid edib.
AZERFAX.AZ xəbər verir ki, Rusiya lideri Hərbi-Sənaye Komissiyasının iclasında çıxışı zamanı bu barədə danışıb.
O, NATO-nun fəaliyyət dairəsini genişləndirdiyini və alyansın dünyanın digər regionlarına da nüfuz etməyə çalışdığını bildirib.
“NATO şişir, genişlənir və artıq dünyanın digər regionlarına da nüfuz edir”, – deyə Putin qeyd edib.
Putin həmçinin bəzi Avropa liderlərinin Rusiya ilə müharibəyə hazırlaşdıqlarını açıq şəkildə bəyan etdiklərini vurğulayıb.
Qeyd edək ki, sentyabrın 16-da Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova NATO ölkələrinin Rusiya ilə hərbi qarşıdurmanı ən gec 2029-2030-cu illərdə “qaynar faza”ya keçirməyi planlaşdırdığını iddia edib.



