AZERFAX TV
Son beş ildə onların cəsarətini gördüm!

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko bildirib ki, ölkədə gedən genişmiqyaslı müharibə zamanı onun Ukrayna millətinin simvolu kimi rolundan danışmağın mənası yoxdur.
AZERFAX.AZ xəbər verir ki, 49 yaşlı mütəxəssisin sözlərini “La Gazzetta dello Sport” qəzeti sitat gətirib.
“Özümü Ukrayna millətinin simvolu kimi hiss etmirəm. Bu simvollar hər yerdədir. İndi əsl qəhrəmanların – ölkəni müdafiə edənlərin, ordunun və müqavimətin bir hissəsi olanların vaxtıdır. Son beş ildə onların cəsarətini gördüm.
Bizim məqsədlərimiz onlarınkı ilə müqayisə edilə bilməz. Onlara müsbət emosiyalar və təbəssümlər bəxş etməyə çalışmalıyıq. Bilirəm ki, onlar matçları izləyir və komanda yaxşı oynayanda sevinirlər”, – Şevçenkodeyib.



