Tənha ruslar Avropanın bu şəhərinə axın edirlər

2026-cı ilin yayında rusiyalı tək turistlər Avropa şəhərlərindən birinə – Lissabona daha səfər ediblər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Lenta.ru” “OneTwoTrip” araşdırmasına istinadən məlumat yayıb.
Portuqaliyanın paytaxtı Rusiyadan olan tək səyahət edənlər üçün sevimli məkana çevrilib və tək nəfərlik otaq sifarişlərinin payı 71,9 faizə çatıb. Bu rəqəm Türkiyənin Ankara (63,9 faiz) və Almaniyanın Münhen (58,8 faiz) şəhərlərini geridə qoyub. Tək səyahət edənlər həmçinin Salonikidə (58,6 faiz) aktiv şəkildə otel sifariş edirlər.
Tədqiqatda deyilir ki, tək səyahətlər üçün ən populyar on şəhərə həmçinin Varşava (53,1 faiz), Dubay (53 faiz), Bişkek (51,1 faiz), Honkonq (50,3 faiz), Almatı (50 faiz) və Nur-Sultan (48,3 faiz) daxildir.
Müəllif: Tural



