Tənhalıq beyni qocalda bilər – Həkimdən xəbərdarlıq

Tənhalıq yaşlı insanlarda yaddaş problemlərinə və beynin fəaliyyətinin zəifləməsinə səbəb ola bilər.
AZERFAX.AZ “Kp.ru”ya istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Denis Prokofyev məlumat verib.
Onun sözlərinə görə, insanların birlikdə yaşaması, bir-birinə qayğı göstərməsi, gəzintiyə çıxması və emosiyalarını bölüşməsi beyin fəaliyyətinin qorunmasına kömək edir.
Yaxınların dərman qəbulu, vacib tarixlər və gündəlik işlər barədə bir-birinə xatırlatması da beynin fəallığının saxlanılmasında mühüm rol oynayır. Həkim qeyd edib ki, ünsiyyət çatışmazlığı koqnitiv pozuntular riskini artırır.
Yapon alimlərin 2025-ci ildə 65 yaşdan yuxarı, təxminən 9 min nəfərin məlumatları əsasında apardığı araşdırmada ünsiyyətin azalması ilə beynin həcminin kiçilməsi arasında əlaqə aşkarlanıb.
Mütəxəssislər həmçinin beynin normal fəaliyyəti üçün kifayət qədər oksigen qəbulunun vacibliyini vurğulayırlar.
Müəllif: Roza



