AZERFAX TV
Tailandda silahlı hücum şoku: Keçmiş deputat saxlanıldı

Tailandın Nonthaburi əyalətində yerli idarəetmə binasına silahlı hücum olub.
AZERFAX.AZ xəbər verir ki, hücumu keçmiş deputatın törətdiyi bildirilir. Hadisə zamanı yerli idarəetmənin yüksək vəzifəli əməkdaşı və onun sürücüsü yaralanıb. Şübhəli saxlanılıb.
Hadisə ölkədə 14 yaşlı yeniyetmənin məktəbdə törətdiyi və 9 nəfərin öldüyü qanlı hücumdan bir neçə gün sonraya təsadüf edib.
Baş nazir Anutin Çarnvirakul silah nəzarəti qaydalarının sərtləşdiriləcəyini, polis yoxlamalarının artırılacağını açıqlayıb.



