Tbilisidə göydələn, Qazaxıstanda mədən – Tramp ailəsinin yeni xəritəsi

ABŞ Prezidenti Donald Trampın oğulları Erik və kiçik Donald Qazaxıstanda volfram hasil edən şirkətin ortaq sahibləri olublar.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinad məlumat yayıb.
Nəşrin məlumatına görə, 2025-ci ilin avqustunda Trampın oğulları “Skyline Builders” tikinti qrupundan pay alıblar. Bu qrup bir sıra əməliyyatlardan sonra “Kaz Resources” şirkətinin 20%-lik səhminə sahib olub. Daha sonra müəssisə və Qazaxıstandakı layihələri idarə edən “Cove Kaz Capital” “Skyline” ilə birləşib.
“Kaz Resources” brendi altında fəaliyyət göstərən ortaq şirkət öz səhmlərini “Nasdaq” birjasında yerləşdirməyi planlaşdırır.
Məlumata əsasən, ötən il ABŞ-ın Eksport-İmport Bankı və Amerikanın Maliyyə İnkişafı Korporasiyası Qazaxıstanda volfram hasilatı layihələrinə 1,6 milyard dollar vəsaitin ayrılmasını təsdiq edib. “Cove Kaz Capital” bu layihələrdə nəzarət səhm paketinə sahib olub.
Aprelin 19-da verilən məlumata görə, Trampın “Trump Organization” şirkəti Tbilisidə Gürcüstan paytaxtının ən hündür binası olacaq göydələn ucaltmağı planlaşdırır.
Hüseyn İbadlı



