Tramp İrana hücumlarla bağlı müşavirə keçirəcək

Donald Tramp Yaxın Şərq münaqişəsini müzakirə etmək üçün Ətraf Mühitin Mühafizəsi Agentliyindəki ictimai tədbiri yarımçıq dayandırıb.
AZERFAX.AZ xəbər verir ki, o, məmurlar qarşısında çıxış edərək, hərbi əməliyyatla bağlı yeni müşavirə keçirmək üçün yaxın saatlarda Ağ Evə qayıdacağını bildirib.
Amerika lideri döyüş uğurları ilə bağlı qiymətləndirmələrini bölüşüb. O bildirib ki, münaqişə dövründə ABŞ qüvvələri İran PUA-larının 84 faizini və raket arsenalının 91 faizini məhv etməyə nail olub.
Tramp Tehranın hələ də müəyyən hərbi potensial saxladığını etiraf edib, lakin bunun dörd ay əvvəlki vəziyyətlə müqayisə oluna bilmədiyini qeyd edib. əsləhətçiləri ilə bundan sonra atılacaq addımları müzakirə etmək niyyətindədir.
Hüseyn İbadlı



