Trampdan ŞOK İDDİA – Ay ABŞ-a məxsusdur

Prezident Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində Ayın ABŞ-a məxsus olduğunu yazıb.
AZERFAX.AZ xəbər verir ki, siyasətçi Yer peykinin üzərində Amerika bayrağı və “Ay bizimdir” yazısı əks olunmuş foto paylaşıb.
Avqust ayında Tramp Ontario gölünün “Amerika” gölü adlandırılması haqqında fərman imzalayıb. O, Şimali Amerikanın Böyük göllər sisteminə daxildir. Su hövzəsinin sahillərində Amerikanın Nyu-York ştatı və Kanadanın Ontario əyaləti yerləşir.
Siyasətçinin fərmanından sonra “Google” xəritələr Amerika istifadəçiləri üçün gölün adını dəyişdirib. Digər ölkələrdən sorğu verilərkən axtarış sətrində adi adın əvəzinə “Ontario gölü (Amerika gölü)” variantı əks olunur.
Kanadanın Baş naziri Mark Karni ad dəyişdirildikdən sonra bəyan edib ki, onun ölkəsinin vətəndaşları su hövzəsinin əsl adını bilirlər və ondan istifadə etməyə davam edəcəklər.
Hüseyn İbadlı



