AZERFAX TV
Trampın bu həmləsi Rusiyanı zəiflədəcək

ABŞ Prezidenti Donald Tramp mərhum senator Lindsi Qremin Rusiyaya qarşı irəli sürdüyü sanksiyalar paketinin qəbulunu dəstəkləyəcək.
Publika.az xəbər verir ki, bunu “CNN”ə Ağ Evin nümayəndəsi bildirib.
Qeyd edilib ki, bunu Qremə layiqli bir ehtiram kimi qiymətləndirmək olar. Bu, Cənubi Karolina senatorunun uzun illər üzərində işlədiyi ikipartiyalı qanun layihəsinin qəbul edilməsinə yol açacaq.
Sanksiyalar paketi Trampın Rusiya nefti, uranı və təbii qazı alan ölkələrdən idxala yüksək tariflər tətbiq etməsinə yol açacaq. Bu da Ukraynaya qarşı müharibə fonunda Moskvanı daha da zəiflədəcək.



