AZERFAX TV
Trampın sərvəti 7 milyard dollara çatdı

ABŞ Prezidenti Donald Trampın sərvəti 7 milyard dollar təşkil edir ki, bu da onun 2024-cü il prezident seçkilərində qələbə qazandığı dövrlə müqayisədə 2,7 milyard dollar çoxdur.
Publik.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
“Son hesablamalarımıza görə, sentyabr ayında yenilənmiş məlumatlar əsasında Trampın sərvəti 7 milyard dollar təşkil edir. Prezident 2024-cü il seçkilərində qalib gəldiyi vaxtla müqayisədə təxminən 2,7 milyard dollar varlanıb”, – deyə “Forbes” bildirib.
Vurğulanıb ki, ABŞ prezidenti sərvətini əsasən xarici şirkətlərlə bağladığı sövdələşmələr və kriptovalyuta sahəsindəki fəaliyyəti hesabına artırıb.
“Forbes” qeyd edib ki, ABŞ tarixində heç kim siyasətdən bu qədər böyük məbləğdə gəlir əldə etməyib.



