Trampla Putinin telefon danışığının detalları

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da telefonla danışıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Kremlin rəsmi saytının yaydığı məlumata görə, liderlər Rusiya-Ukrayna münaqişəsinin nizamlanması yollarını, İran ətrafındakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.
Telefon danışığında qlobal enerji bazarındakı vəziyyətə də xüsusi diqqət ayrılıb. Rusiya tərəfi ABŞ-a və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu bildirib. Moskva bu tədarüklərin qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyini vurğulayıb.
Tərəflər, həmçinin prezidentlər arasında birbaşa təmasları, eləcə də iki ölkənin prezident administrasiyaları, xüsusi xidmət orqanları və digər qurumları arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.



