AZERFAX TV

Türkiyə-Azərbaycan Universitetindən abituriyentlərə çağırış – VİDEO

Türkiyə-Azərbaycan Universiteti abituriyentləri universitetə müraciət etməyə dəvət edib.

AZERFAX.AZ xəbər verir ki, bununla bağlı universitet tanıtım videosu yayımlayıb.

Bildirilib ki, universitetdə təhsil dövlət sifarişi əsasında, tamamilə ingilis dilində həyata keçirilir. Tədris proqramları Türkiyənin aparıcı ali təhsil müəssisələri olan Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetinin akademik proqramları əsasında təşkil olunub.

Qeyd edilib ki, universitet məzunları iki beynəlxalq səviyyədə tanınan diplom əldə etməklə geniş karyera və təhsil imkanlarından yararlana biləcəklər.

Related Articles

Bir cavab yazın

Back to top button