AZERFAX TV

Türkiyədə əməliyyat keçirildi: 59 nəfər saxlanıldı

Türkiyədə qanunsuz mərc oyunları ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Osmaniyə mərkəzli 8 vilayətdə “qeyri-qanuni mərc” cinayətinə qarşı jandarm tərəfindən keçirilən əməliyyatlarda hesablarında 7 Milyard lirə pul dövriyyəsi olan 59 şübhəli saxlanılıb.

Şübhəlilərin internet saytları üzərindən qeyri-qanuni mərc oynatdıqları və qeyri-qanuni pul köçürmələrinə vasitəçilik etdikləri, qeyri-qanuni mərc yolu ilə əldə edilən cinayət gəlirlərini müxtəlif üsullarla maliyyə sisteminə daxil etdikləri müəyyən edilib.

“Əməliyyatlar nəticəsində şübhəlilərə aid ümumi dəyəri 110 milyon lirə olan; 11 daşınmaz və 61 daşınar mal varlığına tədbir qərarı tətbiq olunub.

Related Articles

Bir cavab yazın

Back to top button