AZERFAX TV

Xavyer Bardem Pinkə qarşı çıxdı: 150 min imza toplandı

İspaniyalı aktyor Xavyer Bardem amerikalı müğənni Pinkin UNICEF-in xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsini tələb edib.

AZERFAX.AZ xəbər verir ki, Pinkin statusundan məhrum edilməsini tələb edən petisiyaya indiyədək 150 minə yaxın insan imza atıb.

Kampaniyaya müğənninin repçi Maklemorun Fələstinlə bağlı çıxışına münasibət bildirməsindən sonra başlanılıb. Pink Maklemorun Fələstinlə bağlı çıxışını “opportunist” kimi qiymətləndirib. O, həmçinin antisemitizmlə mübarizə aparan bir səhifənin Maklemorla bağlı paylaşımını öz səhifəsində yayımlayıb. Petisiyanın müəllifləri Pinkin mövqeyinin UNICEF-in neytrallıq və uşaqların müdafiəsi prinsipləri ilə ziddiyyət təşkil etdiyini hesab edirlər.

UNICEF isə məsələ ilə bağlı hələlik hər hansı açıqlama yaymayıb.

Related Articles

Bir cavab yazın

Back to top button