AZERFAX TV

Yağış üçün kütləvi dua etdilər

İndoneziyanın Cənubi Sumatra əyalətində meşə və torf yanğınları səbəbindən əhali yağış yağması üçün kütləvi dua mərasimi keçirib.

AZERFAX.AZ xəbər verir ki, bölgəni bürüyən sıx tüstü havanın keyfiyyətini ciddi şəkildə pisləşdirib.

İnsanlar tüstüyə baxmayaraq açıq havada toplaşaraq yanğınların söndürülməsinə kömək edəcək yağışın yağmasını diləyiblər.

Hakimiyyət yanğınlarla həm quruda, həm də havadan mübarizəni davam etdirir. Əsas problemlərdən biri torf sahələrində baş verən yanğınlardır. Belə ərazilərdə alov yerin altında yayıla bildiyindən ocaqları tam söndürmək olduqca çətinləşir.

İndoneziyadakı genişmiqyaslı yanğınların tüstüsü qonşu ölkələrə də yayıla bilər.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button