AZERFAX TV

“Yandeks” böyük “suveren” süni intellekt hazırladı

“Yandeks” kənar xarici komponentlərdən istifadə etmədən sıfırdan öyrədilmiş özünün böyük “Alice AI Foundation LLM” dil modelini işləyib hazırlayıb. Şirkət onu tamamilə suveren kimi mövqeləndirir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Vedomosti” nəşri “Yandeks” nümayəndəsinə istinadla məlumat yayıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, “Yandeks” modelin çəkilərini – tərtibatçılara onu müstəqil şəkildə işə salmağa və əlavə öyrətməyə imkan verən tənzimlənmiş parametrləri açıb. Lisenziya modeldən kommersiya və tədqiqat layihələrində istifadə etməyə icazə verir.

“Alice AI Foundation” 80 milyard parametrə malikdir ki, bunlardan 3 milyardı aktivdir və 18 trilyon token əsasında öyrədilib. “Yandeks” onu mühakiməetmə imkanlarına və süni intellekt agentlərinə malik gələcək model üçün əsas kimi istifadə etməyi gözləyir.

Bununla belə, “suveren” modelin hüquqi statusu hələ rəsmiləşdirilməyib. “Vedomosti” qəzetinin qeyd etdiyi kimi, müvafiq uçot və statusun verilməsi qaydası 2027-ci il martın 1-dən qüvvəyə minəcək. Ona qədər modelin suveren kimi səciyyələndirilməsi şirkətin öz xarakteristikası olaraq qalır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button