Ölkə

Yaponiyada robotlar üçün “təcili yardım” xidməti yaradıldı

Yaponiyada humanoid robotların texniki xidmət və təmiri üçün yeni layihə həyata keçirilib.

AZERFAX.AZ xəbər verir ki, Yaponiyanın texnologiya şirkəti GMO Internet Group nasazlıq yaranan humanoid robotlara yerində texniki xidmət və təmir göstərmək məqsədilə xüsusi “robot təcili yardım maşını” hazırlayıb.

Yeni sistem robotların texniki problemlərinin daha sürətli aradan qaldırılmasına və onların fəaliyyətinin bərpasına yönəlib.

Layihə Yaponiyada sürətlə inkişaf edən robot texnologiyaları üçün texniki xidmət və infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlardan biri kimi təqdim olunur.

Related Articles

Bir cavab yazın

Back to top button