AZERFAX TV

Yeni Dehli seçim qarşısında – ABŞ-a “boyun əysə” nə baş vrəcək?

“Hindistan Vaşinqtonun yeni sanksiya təşəbbüsləri səbəbindən ABŞ-ın xeyrinə öz enerji müstəqilliyindən qurban verməli və tariflərlə bağlı güzəştə getməməlidir”.

AZERFAX.AZ “Moneycontrol” nəşrinə istinadla xəbər verir ki, bu mövqeyi Hindistanın GTRI təşkilatının rəhbəri Acay Şrivastava ifadə edib.

Ekspert vurğulayıb ki, Yeni Dehli Rusiya enerjidaşıyıcılarının idxalını davam etdirməlidir, çünki onlar bazar cəlbediciliyini qoruyub saxlayır. Şarvastovanın fikrincə, Rusiyadan sərfəli alış şərtləri milli iqtisadiyyatın stabilləşdirilməsi və inflyasiya proseslərinin məhdudlaşdırılması üçün mühüm alətə çevrilib.

O, həmçinin ölkə hakimiyyətini ABŞ-ın xeyrinə birtərəfli ticarət preferensiyalarından çəkinməyə çağırıb, qeyd edib ki, bu cür addımlar 1974-cü il Ticarət Qanununun müddəalarının tətbiqi də daxil olmaqla, gələcək Amerika məhdudiyyətlərindən qorunmağa zəmanət vermir.

Sentyabrın 17-də ABŞ Konqresi Rusiya neft və qazının idxalçılarına qarşı sərt tədbirlər nəzərdə tutan qanun layihəsini bəffq edib. Senatorlar Lindsi Qrem və Riçard Blumental tərəfindən hazırlanmış sənəd Rusiya xammalını alan və ya sanksiya rejimindən yan keçməyə kömək edənlər üçün yüz faizlik rüsumların tətbiqini nəzərdə tutur. Amerika tərəfinin bəyanatlarına görə, bu təşəbbüsün əsas məqsədi Rusiya büdcəsinə maliyyə daxilolmalarını azaltmaqdır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button