AZERFAX TV

Zərərli hesab edilən iki qidanın sirri

Bəzi məhsullar yüksək karbohidrat tərkibinə görə az istifadə olunsa da, əslində beyin sağlamlığı üçün faydalı ola bilər.

AZERFAX.AZ “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu dietoloq Roksana Ehsani bildirib.

O, ağ düyü və kartofun haqsız olaraq zərərli hesab edilən məhsullar sırasında olduğunu qeyd edib: “Ağ düyü rafinə edilmiş karbohidrat olsa da, tərkibində faydalı qida lifləri və B qrupu vitaminləri var. Bu vitaminlər beynin qocalmasını ləngidə bilər. Ağ düyünün tərəvəz və ya tam taxıllı məhsullarla birlikdə istehlakı qanda şəkərin səviyyəsini sabit saxlamağa və beyni enerji ilə təmin etməyə kömək edir”.

Dietoloq kartofun da faydalı qida maddələri ilə zəngin olduğunu vurğulayıb. Onun sözlərinə görə, məhsulun tərkibində antioksidantlar, kalium, B6 vitamini, qida lifləri, zülal və niasin var. Bu maddələr beyin hüceyrələrini qoruyur, onun enerji ilə təmin olunmasına və normal fəaliyyətinə kömək edir. Bəzi kartof növlərindəki karotinoidlər isə koqnitiv funksiyaları yaxşılaşdıra bilər.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button