AZERFAX TV
Zakir Həsənov Türkiyədə səfərdədir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.
Bu barədə AZERFAX.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri Türkiyənin Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasiminə qatılıb.
Tədbirə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxışında məzunları təbrik edib.
Sonra plana uyğun olaraq məzunlara diplomlar təqdim olunub.
Hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları Z. Həsənov təqdim edib.



