AZERFAX TV

Zelenski Trampın xüsusi elçiləri ilə danışıqlar apardı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff ilə danışıqlar apardığını bildirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında məlumat verib.

“Amerikanın Prezident nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə söhbət apardım”, — deyə Zelenski yazıb.

O əlavə edib ki, söhbət zamanı Ukrayna və ABŞ komandalarının Florida ştatında (ABŞ) keçirilən son görüşünün nəticələri müzakirə olunub. Ukrayna dövlət başçısı komandaların diplomatiyada növbəti addımları hazırladığını qeyd edib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button