110 ölkədə bütün telefonlara bu bildiriş gələcək


“Apple” 110 ölkədə seçilmiş iPhone istifadəçilərinə mümkün casus proqram hücumları ilə bağlı təhlükəsizlik bildirişləri göndərəcək.
AZERFAX.AZ xəbər verir ki, şirkətin açıqlamasına əsasən, bu xəbərdarlıqlar cihazlarının yüksək səviyyəli və pullu casus proqramlarla hədəf alınmış ola biləcəyi ehtimal edilən istifadəçilərə ünvanlanacaq. “Apple” bildirib ki, bu cür hücumlar adi kibercinayətkarlıq hallarından fərqlənir və aşkarlanması daha çətindir. Şirkətin məlumatına görə, belə hücumlar böyük maliyyə resurslarına malik peşəkar qruplar tərəfindən həyata keçirilə və konkret şəxsləri hədəf ala bilər. “Apple” casus proqram xəbərdarlığı alan istifadəçilərə cihazlarının proqram təminatını dərhal yeniləməyi və təhlükəsizlik imkanlarından maksimum istifadə etməyi tövsiyə edir.
Qeyd edək ki, “Pegasus” kimi casus proqramlar smartfonlara gizli şəkildə müdaxilə etmək və istifadəçinin məlumatlarına çıxış əldə etmək üçün istifadə olunur.



