12 saatda 353 milyon ağac əkdilər


Efiopiyada 2019-cu ildə 353 milyondan çox ağac əkilməsi ilə başlayan meşəbərpa kampaniyası gözlənilən nəticəni verməyib.
AZERFAX.AZ xəbər verir ki, 12 saat ərzində əkilən milyonlarla ağac sonradan bölgədə su çatışmazlığı və baxım problemləri yaradıb. Bitkilərin yaşaması üçün tələb olunan yüksək su sərfiyyatı quraqlıqla mübarizə aparan ərazilərdə su ehtiyatlarına əlavə təzyiq göstərib. Bundan başqa, ağacların davamlı baxımı üçün kifayət qədər resurs olmadığı üçün onların böyük hissəsinin quruduğu bildirilir. Məlumata görə, Efiopiya hökumətinin başlatdığı “Yaşıl İrs Təşəbbüsü” çərçivəsində məktəblər, dövlət qurumları və müxtəlif təşkilatlar kampaniyaya qoşulub. Rəsmi açıqlamaya görə, 12 saat ərzində 353 milyon 633 min 660 ağac əkilib.
Mütəxəssislər bildirirlər ki, meşəbərpa layihələrində yalnız əkilən ağacların sayına deyil, su balansına və uzunmüddətli qulluğa da diqqət yetirilməlidir.



